
İyun ayının 26-sı Gürcüstan Azad Tədqiqat İnstitutunun (ATİ) təşkilatçılığı ilə Marneulidə yerləşən USAİD-də “11 ayın sultanı Ramazan” adlı seminar keçirilib.
Seminarı açılışını Ceyhun Narzalov təqdim edərək çıxış üçün Elçın Cəfərini dəvət etmiştir.
Elçin Cəfəri mübarək Ramazan ayının fəzilətlərindən,bu ayın insanlara öyrətdiyi dərslərdən danışmışdır.
Seminarda mübarək ayın fəlsəfəsi açıqlanmış,həmçinin orucun tibbi tərəflərindən bəhs edilərək bu haqqda tibbin qeyd etdiyi müsbət fikirlərə işarə olunmuşdur.
Tədbirdə digər səmavi dinlərdəki oruc haqda bilgi vermiş və bütün səmavi kitabların məhz Ramazan ayında nazil olduğunu vurğulamışdır.
Seminarın sonunda auditorianın suallarına cavab verilmiştir.