
Küveytin paytaxtının əhalinin sıx məskunlaşdığı və ticarət mərkəzi olan Əl-Savadir bölgəsində yerləşən şiələrin toplaşdığı İmam Sadiq Məscidində partlayış törədilib.
Ahlibeyt.az-ın Ria-ya istinadla verdiyi xəbərə görə, terror aktı cümə namazının bitməsinin dərhal ardınca həyata keçirilib.
Kuveyt televiziyasının verdiyi rəsmi məlumata görə,kamikdzenin üzərindəki bombanı məscidin içində partlatması nəticəsində ölənlərin sayının 24 nəfərə çatdığını,113 nəfərin yaralandığı bildirilir.
Qeyd olunur ki,partlayışın gücü olduqca böyük olub və məscid tikintisinə ciddi zərər dəyib.
Küveyt əmiri Şeyx Səbah əl-Əhməd əs-Sabah terror aktının törədildiyi məscidə baş çəkib.
Terror aktının İŞİD tərəfindən törədilməsi təkfirçi - terrorçu qruplaşma tərəfindən təsdiqlənib