
26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur
Azərbaycanın Ordu Günü ilə bağlı qeyri-adi layihə hazırlanıb. Bu, bir gün Azərbaycan əsgərinin Qarabağa dönəcəyini göstərən xüsusi qısa animasiya filmidir.
Ahlibeyt.az-ın Vision.az-a istinadən xəbər verir ki, animasiya filmində göstərilir ki, Qarabağa yenidən Azərbaycanın üçrəngli bayrağı taxıldıqdan sonra həmin yerlər necə dəyişəcək, hazırda peyk çəkilişlərində xarabalığı andıran yerlər necə bərpa olunacaq…
Qeyd edək ki, Azərbaycan əsgərinə ithaf olunan animasiya filmi AzVision.az saytı, "Gələcəyə Baxış" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə layihəsidir.