26 İyun, 2015
Tacikistanda İŞİD-ə qoşulanlara qarşı sərt qanun
Xaricdə terrorçu qruplar içərisində döyüşənlər Tacikistan vətəndaşlığından çıxarılacaqlar.

Ahlibeyt.az-ın məlumatına görə,  İslamazeri.az "Ria"-ya istinadən xəbər verir ki,Xaricdə  terror təşkilatları sırasında silahlı münaqişələrdə iştirak edənlərin Tacikistan vətəndaşlığından çıxarılmasını nəzərdə tutan qanun layihəsi Tacikistan Parlamentinin alt qanadında deputatlar tərəfindən təsdiq edilib.

Tacikistan hökuməti tərəfindən parlamentə təqdim olunan vətəndaşlıq haqqında yeni qanun layihəsi ilə bağlı danışan Tacikistan Ombudsmanı Zərif Əlizadə "Xaricdəki terror təşkilatları sıralarında döyüşə qatılan şəxslər avtomatik olaraq Tacikistan vətəndaşlığından çıxarılacaqdır", - deyə söyləyib.

Daha əvvəl Tacikistan rəsmiləri Suriya və İraqda İŞİD cərgələrində 400-dən artıq Tacikistan vətəndaşının müharibələrə qatıldığını bildirmişdi. Tacikistanda əvvəlki vətəndaşlıq qanunu 1995-ci ildə qəbul edilmişdi. Yeni qanundan əlavə, Tacikistan vətəndaşlığını əldə etmək üçün yeni qaydalar da əlavə olunub. Belə ki, tacik dilini danışıq səviyyəsində bilməyənlər, haqqında cinayət işi olan əcnəbilər və ya heç bir vətəndaşlığı olmayan şəxslər Tacikistan vətəndaşlığına qəbul oluna bilməz.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3306.html