
Yəməndə Cazan vilayətinin əl-Havbə bölgəsində Səudiyyə Ərəbistanı əsgərlərinin nəzarətində olan hərbi əraziyə qumbaraatanla atəş açılıb.
Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən məlumatına görə, bu barədə xəbəri husilərin nəzarətində olan “Saba” xəbər agentliyi hərbi mənbəyə istinadən yayıb. Atəş nəticəsində bir neçə əsgərin öldüyü və hərbi ərazidə yanğın başladığı bildirilir.
Həmçinin xəbərdə, husiləri və yerli özünümüdafiə dəstələrini dəstəkləyən silahlı birləşmələrin Səudiyyə Ərəbistanının Nəcran vilayətinə bağlı Nehuka hərbi zonasına 8 raket atdığı bildirilib.
Məsələyə Səudiyyə Ərəbistanı rəsmiləri münasibət açıqlamayıb.
Qeyd edək ki, bu ilin mart ayından Səudiyyə Ərəbistanı husilərə qarşı hava zərbələrinə başlayıb, məqsəd devrilərək Səudiyyə Ərəbistanına qaçmış prezident Mansur Hadini hakimiyyətə qaytarılmasıdır.