
Quran ayələrinin oxunuşunun ən qədim səsyazma nüsxəsinin 130 illik tarixi var.Bu səsyazma adı məlum olmayan şeyxin Məkkədə Quran tilavəti zamanı qeydə alınmışdır.
Ahlibeyt.az-ın İslamnews-a istinadən məlumatına görə,səs yazısı 1885 ci ildə "fonoqraf"vastəsilə qeydə alinmışdır və yazıda müqəddəs kitabdan Zuha surəsi tilavət olunmuşdur.
Qeyd edək ki, səsin yazılması və dinlənilməsi üçün ilk qurğu olan "Fonoqraf" Tomas Edison tərəfindən icad edilmiş və 1877-ci il noyabrın 21-də ictimaiyyətə təqdim olunmuşdur. Bu, o dövrün ən heyrətamiz icadlarından biri olmuşdur. Fonoqrafın inkişafı nəticəsində qramofon və patefon meydana gəlmişdir.
Səs yazısını təqdim edirik