25 İyun, 2015
Ramazan ayı dualarında İmam Zaman(ə.f)ın zühuru..
Bu mübarək və bərəkətli ayda Quran çox oxunur, razü-niyaz səsləri çoxları, dualar çoxalır... Bu ayın duasında olan ləzzət və fəzilət heç bir ayın duasında yoxdur. Heç bir ay üçün Ramazan ayı qədər dua etməyə sifariş və tövsiyə olunmamışdır.

Bu ayda oruc tutan mömin təkcə özü üçün çalışmamalı, öz fikrində olmamalıdır, bəlkə bütün müsəlmanların, yaşadığı cəmiyyətin də də islahı üçün çalışmlaı və ən azından dua etməlidir.
Bu ayın ən gözəl duası İmam Zamanın (ə.f) zühuru üçün edələn dualardır.Buna görə də ən çox dua O həzrətin zühuru və fərəci üçün edilməldir.

Ramazan ayının dualarında İmam Zaman (ə.f)
üçün xüsusi yer ayrılmışdır.Bu müqəddəs ayın duaları içərisində İmam Mehdi (ə.f) barədə dualar qeyd olunub və dualarda İmamın (ə.f) adı xüsusi vurğulanır. Bu dualarda gözə dəyən mühüm bir nöqtə var ki, o da bəşəriyyətin islahı,sağlam cəmiyyət və ədalətli bir dövlətinin qurulmasıdır.Bu hər zaman inancından aslı olmayaraq bütün insanlığın arzusu olmuşdur.Bunun isə yalnız zühurdan sonra qurulması mümkün olacaqdır.Zühurun tezləşməsi üçün oxunan dualar hamının arzusudur... Bütün duaların son qayəsi budur: «اللَّهُمَّ عَجِّلْ لِوَلِيِّكَ الْفَرَج» - Əllahummə əccil livəliyyikəl-fərəc. – Ey Allahım! Sənin yer üzərindəki vəlin olan İmam Mehdinin (ə.f) fərəcin(gəlişin) tezləşdir!

Ramazan ayında xüsusi tövsiyə olunmuş gündəlik namazlarda və digər vaxtlarda oxunmasına tövsiyyə olunan  İmam Zamanla (ə.f) bağlı olan dualardan birində buyrulur.

"Allahummə ədxil əla əhlil quburis-surur.Allahummə əğni kullə fəqir, Allahummə əşbi kullə cai.Allahumməksu kullə uryan.Allahumməqzi dəynə kulli mədin.Allahummə fərric ən kulli məkrub.Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir.Allahummə əslih kullə fasidin min umuril muslimin.Allahumməşfi kullə məriz, Allahummə suddə fəqrəna bi ğinak.Allahummə ğeyyir suə halina bi husni halik.Allahumməqzi ənnəddəynə və əğnina minəl fəqr.İnnəkə əla kulli şəyin qədir"

“İlahi qəbr əhlinə şadlıq verib onları sevindir.
İlahi, bütün fəqirləri zəngin et!
İlahi, bütün acları doyuzdur!
İlahi, bütün paltarsızları geyindir!
İlahi, bütün borcluların borcunu qaytar!İlahi, bütün qəmlərə son    qoy!
İlahi, bütün qəribləri vətəninə qaytar! İlahi, bütün əsirləri azad      et!
İlahi, müsəlmanların hər işində fəsadı islah et!
İlahi, bütün xəstələrə şəfa ver! İlahi, yoxsull uğumuzu öz              zənginliyinlə aradan apar!
İlahi,öz gözəl halınla bizim uğursuzluğumuzu (xoş olmayan           halımızı) dəyişdir!
İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyacsızlıqla əvəz et!
Həqiqətən Sən hər şeyə qadirsən!”
Duanın məzmunu göstərir ki, duada olan arzular yalnız İmamın (ə.f) zühuru ilə həyata keçə biləcəkdir. Çünki duada Allahdan bütün bəşərriyət üçün arzu olunan bir cəmiyyət qurulması istənilir ki, bu da yalnız İmam Mehdi (ə.f)zamanında baş verəcəkdir.

Mənbə: Shabestan

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3298.html