
“İslam Dövləti” (İŞİD) terror təşkilatı özünün qəpiklərini kəsdirib.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un ItarTass-a istinadla verdiyi xəbərdə bildirilir ki, ekstremistlər öz valyutalarını "islam dinarı" adlandırıblar. Onun dəyəri 139 dollara bərabər tutulur.
Yeni pulların fotoları terrorçuların "Twitter" mikrobloqunda yerləşdirilib. Onları Suriyanın silahlıların ələ keçirdikləri Rəqqa şəhəri ərazisində yaşayan İŞİD əleyhdarı dərc edib.
Bildirək ki, İŞİD terrorçuları ələ keçirdikləri yataqlardakı neftin satışından, o cümlədən reket, bank qarəti və insan oğurluğundan gələn gəlir hesabına qazanc əldə edirlər.