24 İyun, 2015
Üçüncü ölkələrin hərbi iştirakı Suriyada münaqişənin gərginləşməsinə gətirib çıxarıb

Suriyada vəziyyətin araşdırılması üzrə müstəqil beynəlxalq komissiyanın rəhbəri Paulo Sercio Pineyro Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 29-cu sessiyasında çıxışı zamanı bildirib: “Davam etməkdə olan müharibə diplomatiyanın dərin uğursuzluğunu nümayiş etdirir. Münaqişə tərəflərinə təsirə malik dövlətlər Suriyadakı münaqişəyə son qoyulması üzrə səylərindən yayınıblar. Onlardan bəziləri siyasi həll axtarışı üzrə şəxsi fəaliyyətlərini dəstəkləyərək, münaqişənin beynəlmiləlləşdirilməsini artıraraq, onda hərbi iştiraklarını genişləndiriblər.”

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Salamnews-un Ria-ya istinadən məlumatında bildirilir ki, Pineyronun sözlərinə əsasən, xarici oyunçular “hərbi təzyiqin istənilən siyasi prosesin uğur əldə etməsi üçün əsas” olduğunu ehtimal edərək, vuruşan tərəflərə maliyyə və hərbi dəstək veriblər: “Bu, Suriyanın mülki əhalisinin canını almağa davam edən hərbi zorakılığın yalnız sərt eslakasiyasına gətirib çıxarıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3290.html