24 İyun, 2015
Bakıda təşkil olunan iftar süfrəsindən reportaj (VİDEO)

Peyğəmbərimiz hədislərindən birində buyurub - Oruc tutanın iki sevinci var: biri iftarını açdığı vaxt, digəri Allaha qovuşduğu vaxt.

Ahlibeyt.az-ın ANStv-yə istinadən məlumatına görə, 11 ayın sultanı olan Ramazan birlik və bərabərlik rəmzi kimi bütün müsəlman aləmində bayram abu-havasında qeyd edilir. Paytaxt Bakının bir çox ərazilərində, restoran və iayişə obyektlərində iftar süfrələrinə rast gəlmək olar. Belə məkanlardan birində 150-dən çox insan üçün iftar sürfəsi açılıb.

Builki Ramazan həm də ölkəmzdə keçirilən İlk Avropa Oyunları ilə eyni vaxta təsadüf etdiyindən oruc tutan şəxslər televiziya vasitəsi ilə idmançılarımızın çıxışlarını da seyr edirdilər. Hətta onların qələbəsi üçün öz dualarını əsirgəmirlər.

Ətrafımızda kifayət qədər ehtiyac içində yaşayan insanlar var. Buna nəzər salsaq görərik ki, savab qazanmaq üçün yer və zaman tapmaq heç də çətin deyil. Əsas olan isə istəyin və niyyətin düz olmasıdır. Onun bəxşişini isə Ulu Tanrı verəcək!

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3289.html