
Ayətullah Xameneyi - Mənin Quran qiraətçiləri, müəllim və Quran oxuyanlardan xahişim ilk növbədə budur ki, oxumaq istədikləri ayələri əvvəl öz zehinlərindən keçirsinlər, onların barəsində düşünsünlər, onlarda yatan məna dərinliklərini öz ruhlarının dərinliklərində və öz inamlarında səbt etsinlər.
Ahlibeyt.az-ın məlumatına görə, mübarək Ramazan ayının birinci günündə İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin iştirakı ilə Quran-Kərim ilə üns məclisi keçirilib.
Quran qiraətçilərinin iştirakı ilə keçirilən bu mərasimə müxtəlif ictimai təbəqə təmsilçiləri də qatılıb. Mərasim İranın Quran telekanalı tərəfindən canlı olaraq yayımlanıb. Ayətullah Xameneyi bu mənəvi tədbir və Qran məclisində çıxış edib.
Ali Dini Rəhbər çıxışında qiraət sahəsndə çalışan müəllim və tələbələrə, peşəkar və həvəskar qarilərə öz təvsiyyələrin verib:
Mənin Quran qiraətçiləri, müəllim və Quran oxuyanlardan xahişim ilk növbədə budur ki, oxumaq istədikləri ayələri əvvəl öz zehinlərindən keçirsinlər, onların barəsində düşünsünlər, onlarda yatan məna dərinliklərini öz ruhlarının dərinliklərində və öz inamlarında səbt etsinlər. Bu ruhiyyə və pisixoloji durumla Quran ayələrini tilavət etməyə başlsınlar, bu şəkildə icra edilən oxunuş dinləyicilər və eşidənlərin ruhlarının dərinliyndə öz təsrini buraxacaqdır.