19 İyun, 2015
İŞİD terrorçu qruplaşma İraqda 4 böyük şəhərin suyunu kəsib

İŞİD terror qruplaşması bu dəfə İraqın dörd şəhərindəki əhalini susuz qoyub.Terrorçu qruplaşma İraqın 4 böyük şəhərin suyunu kəsib

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, İraq kənd təsərrüfatı və su idarəsi İŞİD silahlılarının iki həftə əvvəl Fərat çayı üzərindəki Ramadi su anbarını bağlaması səbəbilə bir sıra şəhərlərin susuz qaldığını açıqlayıb.

Nəticədə Kərbəla, Babil, Nəcəf və Qadisiya şəhərləri quraqlıqda qalaraq susuzluq problemi yaşayırlar. Bəzi nümayəndələr Dəclə çayı vasitəsilə ehtiyacları ödəməyə çalışsa da, yenə də susuz qalan bölgələr mövcuddur.

Bundan əlavə, terrorçu təşkilatın Ənbar vilayətindəki Sərsar gölünün olduğu bölgəni də nəzarət altına alaraq, “su müharibəsi” apardığı bildirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3262.html