18 İyun, 2015
Çin hökumətindən müsəlmanlara qarşı görünməmiş Ramazan qadağaları

Çinin  Sinszyan bölgəsində yeri hakimiyyət orqanları Çin Kommunist partiyası üzvlərinə,dövlət məmurlarına və büdcədən maliyyəşən idarə işçilərinə bu il Ramazan ayında oruc tutmağı qadağan edib

Ahlibeyt.az-ın İslamNews-a istinadən verdiyi xəbərə görə,İnternational Biznes Times-ın məlumatında bildirilir ki,ölkənin  Sinszyan bölgəsinin bir çox idarələrinin rəsmi saytlarında məlumat yayılaraq məmurlara,dovlət işçilərinə,müəllim,həkim,tələbə və məktəb şagirdlərinə oruc tutulmamsı barədə xəbərdarlıq olunub.

Məlumatda qeyd olunur ki,bir çox hallarda müsəlmanlardan Ramazan ayı boyunca oruc tutmayacaqları barədə yazılı izahatlar tələb olunur.Bu izahatlarda müsəlmanlar "təsdiq" edirlər ki,heç bir dini inanca sahib deyillər və Ramazan ayında oruc tutmayacaq,dini ayınlər icra olunan məclis və dini məkanlara getməyəcəklər.

Bununla yanaşı nəzarət orqanları "Halal" məhsul satılan ticarət obyektlərinin gündüz saatlarında bağlamamaq barədə xəbərdarlıq edirlər.Həmçinin bu obyektlərdə siqaret və alkoqollu içkilərin satılması barədə göstəriş verilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3256.html