18 İyun, 2015
DQİDK sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitədən  verilən məlumatda bildirilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyunun 23-də Tovuz rayonunda Qazax, Tovuz, Ağstafa rayon sakinləri ilə görüşəcək.

Görüş Tovuz rayonu Olimpiya İdman Kompleksində saat 10:00-da keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

e-mail:info@scwra.gov.az
www.scwra.gov.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3252.html