
Böyük Britaniyanın Baş naziri Devid Kameron Ramazan ayının gəlişi ilə bağlı mesaj ünvanlayıb.
Ahlibeyt.az SalamNews-a istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Devid Kemeron Ramazan ayının gəlişini gözləyən hər bir kəsə xoş arzularını çatdırdığını qeyd edib.
Nazir qeyd edib: “Bu, bütün dünyada və Britaniyada olan müsəlmanlar üçün böyük önəmli gündür. İnsanlar - ailələr birlikdə orucluq mərasiminə yığışır və biz müsəlman dəyərlərini- cəmiyyət, ailə və xeyriyyə dəyərləri kimi (bunlar, eyni zamanda Britaniya dəyərləridir) xatırlayırıq”.