
İraqda Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi əməlyyatına rəhbərlik edən ordu komandanı Nəcim Əl-Cəburi bildirib ki,İŞİD Mosulda sarsılacaq.
ahlibeyt.az-ın İrna-ya istinadən verdiyi xəbərə görə,İraq ordu generalı Əl-Cəburi qeyd edib ki,İraq ordusunun keçirəcəyi hərbi əməliyyatın nəticələri Mosulda yerləşən İŞİD terror mənsublarının güman etmədikləri qədər sarsıdıcı olacaq.
O bildirib ki,əməlyyatlara həmçinin F35 və F22 qırıcıları qatılacaq.
Qeyd edək ki,hazırda İraq və Suriyanın bir hissəsi İŞİD təkfirçi -terror təşkilatı tərəfindən işğal altında saxlanılır.