
Dünən axşam Bağdad vaxtı ilə 20:30-da Bağdadın Sədr məhəlləsində ticarət mərkəzlərinin birinin yaxınlığında dörd bomba partladılıb. Nəticədə 20 nəfərin şəhid olduğu 45 nəfərin isə yaralandığı bildirilir.
Partlayış zamanı yaralan və şəhid olanların əksəriyyətinin ticarət mərkəzinə alış-verişə gəlmiş qadın və uşaqlar olduğu bildirilir.
Qeyd edək ki, son üç ayda İraqda terrorların sayı xeyli artmışdır. Beləki, təkcə avqust və sentyabr aylarında 424 nəfər terrorun qurbanı olmuşdur.