
Suriyada “İslam Dövləti” (İŞİD) terror təşkilatının tərəfində təxminən 70 min əcnəbi muzdlu döyüşür.Onlarda 5-7 mini Rusiya və MDB ölkələrindəndir.
Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə beynəlxalq “İslam dünyası” konfransında iştirak etmək üçün Rusiyaya gedən Suriyanın ali müftisi Əhməd Badrddin Hassun məlumat verib: “Bütün dünyadan onların tərəfində təxminən 70 min nəfər vuruşur. Onlardan 5-7 mini Rusiya və MDB ölkələrindəndir. Bəziləri ailələri ilə gəlirlər, Türkiyədə hazırlıq keçirlər. Maliyyələşmə Səudiyyə Ərəbistanından, təlimatçılar isə ABŞ və Böyük Britaniyadandır."
Müftinin sözlərinə əsasən, İŞİD sıralarına daha çox Rusiya və MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindən gələnlər qoşulurlar.