
Məktəblilər üçün vahid forma var. Uşaqlar məktəbə həmin formada gəlməlidirlər. Həmin məktəbli formasına isə hicab daxil deyil.
Bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsininmüdiri Nailə Rzaquliyeva deyib. O bildirib ki, hazırda paytaxtdakı məktəblərə hicabla gəlmək istəyən cüzi sayda şagird var: “Biz də onları başa salırıq ki, məktəbə belə gəlmək olmaz”.
Azsaylı hicablı şagirdlərin məktəblərə buraxılıb-buraxılmaması ilə bağlı suala isə N. Rzaquliyeva “məncə, buraxılmırlar” cavabını verib.
apa.az