
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı cənubunda yerləşən Nəcran məntəqəsindəki Səudiyyə ordusunun mövqelərini 40 raket və onlarla minaatanla atəşə tutublar.
Yəmən mənbələri bildiriblər ki, Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın əl-Əmud hərbi bazasına hücumunda bir səudiyyə tankı məhv edilib.
Məlumatlarda qeyd olunur ki,Səudiyyə tərəfində dəstəklənən Yəmən Əl Qaidəsinə bağlı təkfirçi terror qruplaşmasının ələ keçirdiyi Əl Cufi əyalətinin bir çox məntəqələri Yəmən xalq qüvvələri və Husilərə bağlı "Ənsarullah"hərbi birləşmələri tərəfindən təmamən təmizlənmişdir.
Bildirilir ki,Əl Zalə əyalətinin bəzi məntəqələri "Əl-Qaidə"dən təmizlənmiş və ordu birlikləri həmin bölgədə sürətlə irəliləyir.
Məlumatlara görə Səudiyyə Ərəbistanı aviasiyası tərəfindən paytaxt Səna və ölkənin ikinci ən böyük şəhəri olan Ədənin bombardman edilməsi nəticəsində 100-dən çox dinc sakin həyatını itirib