
2008-ci ildə Abercrombie & Fitch mağazalar şəbəkəsinə işə qəbul üçün müraciət etdən İslamı qəbul etmiş amerikalı Samanta Elauf hicab taxdığna görə rədd cavabı alıb.
Ahlibeyt.az-ın məlumatına görə, İslam.az “Euronews”a istinadən xəbər verir ki,şirkət qərarını dükanlarındakı xüsusi dress-kod qaydası ilə izah edib.
Dini etiqadına görə haqsızlıqla üzləşən Samanta Elauf məhkəməyə şikayət edib. ABŞ ali məhkəməsində 9 nəfərdən ibarət hakim heyətindən 8-i müsəlman qadının xeyrinə qərar çıxarıb.
Qeyd edək ki, aşağı instansiya məhkəməsi appelyasya məhkəməsinin Elaufa 20 min təzminat ödənilməsi haqda qərarı ləğv etmişdi.