4 İyun, 2015
İŞİD Suriyanın Həsəka şəhərinin girəcəyinə yaxınlaşıb

İŞİD terror təşkilatı ötən gün Suriyanın şimal-şərqində yerləşən Həsəka şəhəri istiqamətində irimiqyaslı hücum həyata keçirib və şəhərə yaxınlaşıb.

AAhlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, İŞİD kamikadzeləri içərisində mina yerləşdirilmiş altı avtomaşını hökumət ordusunun postlarında partladıb ki, bu yolla ekstremistlər Həsəkanın bir kilometrliyinə çatıblar. Hazırda şəhərin kənarında yerləşən həbsxana ətrafında şiddətli döyüşlər gedir. İlkin məlumata əsasən, burada İŞİD-in 27 silahlısı məhv edilib. Suriya ordusu isə 20 itki verib.

Bildirək ki,Əl Hasaka İraq sərhəddinə yaxın bplgədə yerləşir.

Qeyd edək ki, bu döyüşlərdə kürdlərin silahlı birləşmələri də Suriya ordusuna dəstək verir. Suriyada döyüşlər digər bölgələrdə də davam edib. "Al Mayadeen" televiziya kanalı bildirib ki, "Hizbullah" hərəkatı Suriya-Livan sərhədindəki Curud-Ərsal dağlıq ərazidə irəliləyərək, yeni strateji hündürlükləri tutub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3198.html