
Yəmənin "Ənsarallah" təşkilatı amerikalı rəsmilərlə görüşüb
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə İslamazeri.az Farsnews agentliyinə istinadən xəbər verib.Xəbərə əsasən, ABŞ və Yəmən arasında baş tutan müzakirələrin bəzi məqamları açıqlanıb. ABŞ dövlətinin “Ənsarullah”la ilk dəfə olan görüşü gizli şəkildə baş tutub.
Görüşdə Yəmən torpaqlarında atəşkəsin elan olunması, həmçinin saxlanılan ABŞ vətəndaşlarının azad olunması məsələləri müzakirə edilib. Görüşdə eyni zamanda “Ənsarullah”dan Səudiyyə Ərəbistanının mövqelərinə atəş açmamaq istənilib. “Ənsarullah” rəsmiləri də öz növbələrində BMT-nin təşkilat rəhbərinə qarşı qəbul olunan qətnaməsinə eitraz ediblər. Omanda baş tutan görüşün reallaşması üçün ölkə kralı Sultan Qabus köməklik edib.
Bildirilir ki,danışıqlarda Ənsərallah hərəkatının tələbi ilə istefa verərək ölkəni tərk etmiş Yəmən hökuməti iştirak etmir.
Qeyd edək ki,son günlər Yəməndə həb olunaraq cəsusluqda ittiham olunanlar arasında ABŞ vətəndaşlarının olduğu rəsmən təsdiqlənib.