
Reuters xəbər agentliyi verdiyi məlumata görə, Sudanın cənuba və şimala bölünməsindən üç ay sonra Şimali Sudanın prezidenti Ömər Həsən əl-Bəşir ölkədə İslam qanunlarının bərqərar olunması barədə bütün layihələrin yerinə yetirilidiyini bildirib. Tələbələrlə görüş zamanı bunu bildirən Ömər əl-Bəşir yaxın zamanlarda ölkənin rəsmi dininin İslam dini olacağını diqqətə çatdırıb.
Xatırladaq ki, hələ keçən ilin dekabr ayında Ömər əl-Bəşir bildirmişdi ki, əgər Sudan iki yerə parçalanarsa, əhalisinin 98%-ni müsəlmanlar təşkil edən Şimali Sudanda İslam dininin qanunlarını bərqərar edəcəkdir.