2 İyun, 2015
Kərbəlada zəvvərları qarşılamaq üçün xüsusi hazırlıq gedir

Kərbəla şəhərinin əhalisinin əksəriyyəti öz şəxsi xərcləri hesabına bu müqəddəs şəhəri İmam Mehdinin (ə.f) doğum günü, Şəban ayının 15-də İmam Hüseynə (ə) zəvvar olacaq "zəvvərlar" karvanı üçün hazırlayırlar.

Kərbəla şəhərinin əhalisinin əksəriyyəti öz şəxsi xərcləri hesabına yolboyunca çadırlar quraraq xidmətçi heyətlər və dəstələrlə  bu müqəddəs şəhəri İmam Mehdinin (ə.f) doğum günü, Şəban ayının 15-i İmam Hüseynə (ə) zəvvar olacaq "müntəzir"lər karvanı üçün hazırlayırlar. Onlar İmam Hüseynin (ə) müqəddəs məzarına açılan bütün küçələrdə zəvvarlara qulluq etmək üçün tam hazır vəziyyətdədirlər.

Şəban ayının 15-də, İmam Mehdinin doğum günündə  İraqın müxtəlif şəhərlərindən zəvvarlar piyada karvanlar şəkilində İmam Hüseyni (ə) ziyarət edirlər ki, Şəban bayramını burada qeyd etsinlər. Onların bu mübarək ziyarət vasitəsilə bütün müsəlmanlara bu mesajı verirlər ki, "yaşıl gələcəyimiz qırmızı keçmişimizə söykənərir!"-yəni firavan gələcəyimiz qanlı keçmişimizə söykənir.

Qeyd olunur ki, sərvəti və imkanı olmayan insanlar belə özünün bütün varlığı ilə karvanlara xidmət etmək üçün yollardakı heyətlərə qoşulublar.

Mənbə:İqna

K%c9%99rb%c9%99lal%c4%b1lar-m%c3%bcnt%c9%99zirl%c9%99ri-qar%c5%9f%c4%b1lama%c4%9fa-haz%c4%b1rd%c4%b1r

 

K%c9%99rb%c9%99lal%c4%b1lar-m%c3%bcnt%c9%99zirl%c9%99ri-qar%c5%9f%c4%b1lama%c4%9fa-haz%c4%b1rd%c4%b1r

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3187.html