30 May, 2015
Bakıda “Ayətullah Xomeyninin baxışında islam vəhdəti” adlı konfrans keçirilib - foto

İranın Bakıdakı Mədəniyyət Mərkəzi islam inqilabının banisi ayətullah Xomeyninin dünyadan köçməsinin 26-cı ildönümü ilə əlaqədar islamda vəhdət mövzusunda elmi konfrans keçirib.

Ahlibeyt.az-ın İnteraz-a istinadən verdiyi xəbərə görə, konfransda Azərbaycan və İrandan olan elm adamları ayətullah Musəvi Xomeyninin islam dinində vəhdətlə bağlı fikirlərini işıqlandırıblar.

Konfransda çıxış edən İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin ayətullah Musəvi Xomeyninin beynəlxalq əlaqələr sahəsində atdığı əxlaqi addımlara toxunub, onun təfəkkür tərzinin bu dövrdə tətbiqini zorakılıq, terror və müharibə qarşısında mühüm amillərdən hesab edib.

Tədbirdə Azərbaycanın elm adamları və iranşünas mütəxəssislər ayətullah Xomeyni haqqında çıxış ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3179.html