
Ötən gün “Əl Cəzirə”yə müsahibə verən “Ən Nusra cəbhəsi” lideri hədəflərinin Suriyanın paytaxtını ələ keçirmək olduğunu ilə yanaşı, bir sıra vacib açıqlamalar da verib.
Ahlibeyt.az-ın AnsPress-ə istinadla məlumatına görə,“Əl Qaidə” terror təşkilatının Suriya briqadası olan “ən Nusra cəbhəsi” (Cəbhan an-Nusra) lideri Əbu Muhamməd əl-Qolani hədəflərinin Qərb olmadığını vurğulayıb.
“Sadəcə bir işi görmək üçün buradayıq; o da: rejimlə mübarizə aparmaq. “Ən Nusra cəbhəsi” Qərbi hədəf seçmir və bizə bu yöndə əmr verilməyib. Rejimə qarşı mübarizəmizi baltalamaq məqsədilə bizdən ABŞ və Avropaya qarşı hücumlar etməyimiz istənildi”, – deyə əl-Qolani bildirib.
O, həmçinin “Xorasan” adlı qrupun da mövcud olmadığını, bunun sadəcə diqqəti yayındırmaq üçün ortaya atılmış bir hiylə olduğunu vurğulayıb: “Xorasan qrupu deyilən bir qrup yoxdur. Amerikalılar ictimaiyyəti çaşdırmaq üçün belə bir addım atıblar. Bu gizli təşkilatın ABŞ-ı vurmaq məqsədilə qurulduğu deyilir, amma bu yalandır.”
Onu da qeyd edək ki, ötən ilin ortalarında “ən Nusra cəbhəsi”nin Suriyada fəaliyyət göstərən digər radikal qruplaşma olan İŞİD-lə birləşdiyi iddia edilirdi.