
Digər ölkələrin təyyarələrinin ərazimizə daxil olmağı təcavüzdür.
Ahlibeyt.ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bunu Suriyanın xarici işlər naziri Vəlid əl-Muallim bildirib.
O, türkiyəli həmkarının Suriyanın şimalında “müxalifət”ə havadan dəstək verilməyi ilə bağlı çıxışını cavablandıraraq, ölkə səmasına girəcək təyyarələrə lazımi cavabın veriləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu ölkəsi ilə ABŞ-ın təlim və hərbi təchizat proqramı çərçivəsində suriyalı “müxalif"lərə havadan yardım göndərmək mövzusunda razılığa gəldiyini elan edib.