
Təhlükəsizlik qüvvələri ilə birgə aparılan əməliyyatda əsir götürülən İŞİD-çilərin əksəriyyətini əcnəbi terrorçular təşkil edir
İraqın “Hizbullah Batalyonları” adlı könüllü şiə briqadası Əl-Ənbar əyalətinin Ər-Ramadi şəhəri ətrafında əsir götürdüyü 200 “İŞİD” üzvlərinin videogörüntüsünü yayımlayıblar.
Ahlibeyt.az-ın məlumatına görə,İnterAz Al-Mayadeen telekanalına istinadla xəbərdə bildirilir ki,
İraqın “Hizbullah Batalyonları” bildirib ki, təhlükəsizlik qüvvələri ilə birgə aparılan əməliyyatda əsir götürülərn İŞİD-çilərin əksəriyyətini əcnəbi terrorçular təşkil edir.
Xatırladaq ki, İraq ordusu, Xalq Səfərbər Qüvvələri (könüllü şiə briqadaları) və yerli qəbilələr ötən gün əl-Ənbar əyalətinin azadlığı əməliyyatlarına start verdiklərini bildiriblər.