
Misirin "Müsəlman Alimləri Şurası"nın 21-ci iclası keçirilib. İclasdan sonra şura sədrinin müavini Şeyx Məhəmməd Həsən telekanalların birinə müsahibə verib. Şeyx Məhəmməd Həsən şura adında Misir prezidentliyinə namizəd olanlara dini və milli vəhdəti qorumağa və seçkidən əvvəl və sonra şəriət normalarına riayət etməyə çağırıb. Daha sonra Şeyx Məhəmməd Həsən Misir xalqını ölkənin siyasi və iqtisadi həyatında şəriət normalarını bərqərar edəcək namizədə səs verməyə dəvət edib.