27 May, 2015
ABŞ-ın Azərbaycandakı səfiri Bakıda Təzəpir məscidini ziyarət edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda Təzəpir məscidini ziyarət edib.Robert Sekuta məscidi gözəl və zəngin tarixə malik olan bina kimi dəyərləndirib

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,AnsPress-in məlumatında qeyd olunur ki,  bu barədə ABŞ Səfirliyinin Twitter səhifəsində yazılıb.

Məlumatda bildirilir ki, səfir R.Sekuta Təzəpir məscidini gözəl və zəngin tarixə malik olan bina kimi dəyərləndirib.

O deyib: "Azərbaycanda bu gün dünyada əhəmiyyətli və qiymətli nümunə kimi tanınan dini tolerantlığın qədim və şərəfli ənənəsi var."

Xatırladaq ki, Təzəpir məscidi Bakının ən böyük məscidlərindən biri, habelə paytaxtın görkəmini müəyyən edən əhəmiyyətli memarlıq abidəsidir. Məscid 1905-ci ildə məşhur Aşurbəyovlar ailəsinin nümayəndələrindən biri olan mömin Nabat xanım Aşurbəyovanın vəsaiti ilə Zivərbəy Əhmədbəyov tərəfindən tikilib. Məscidin ərazisində Qafqaz Müsəlmanları İdarəsinin binası yerləşir.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3166.html