
ABŞ müsəlmanları Baltimor şəhərində "Həzrət Muhəmmədin (s) anılması və rəhmət peyğəmbərinin ümumdünya müraciətinin tanınması" adlı konfrans təşkil ediblər.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İslam.az-ın İsna-ya istinadən verdiyi məlumatda bildirilir ki,dünyanın əksər ölkələrindən dəvət olunmuş 140 natiq İslam peyğəmbəri Həzrət Muhəmməd (s) haqqında çıxışlar edib. Ümumilikdə konfransda 30 min müsəlman iştirak edib.
Qeyd olunur ki,bu ənənəvi konfrans ABŞ-da müsəlmanlar tərəfindən təşkil edilən ən böyük tədbirdir. Konfrans çərçivəsində Quran müsabiqəsi, camaat namazı, islami məhsullar sərgisi, gənclər konfransı, təlim emalatxanaları və uşaq əyləncələri təşkil edilir.




