26 May, 2015
DQİDK sədri Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarından olan dini icma üzvlərini qəbul edib - foto

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

ahlibeeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar əsasən məscidlərin tikintisi və təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı müraciət ediblər.

İyirmi nəfərədək vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3155.html