
İraqın “Hizbullah Batalyonları” və təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində əl-Ənbar əyalətinin ər-Rəmadi şəhəri ətrafında “İslam Dövləti" (İŞİD) terror təşkilatının yüzlərlə əcnəbi üzvü əsir götürülüb.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un "Sumaria" agentliyinə istinadla verdiyi xəbərdəbildirilir ki, bu barədə İraqın “Hizbullah Batalyonları”ndan məlumat verilib.
Bildirilib ki, əməliyyatlardan sonra ər-Rəmadinin üç cəhəti - şərqdə əl-Xalidiyyə, qərbdə “Kilometr 35”, cənubda isə ət-Taş bölgələri mühasirəyə düşüb.
Qeyd olunur ki, əl-Ənbar Əyalət Şurasındakı rəsmi mənbələr İŞİD-ə qarşı koalisiya qüvvələri və ABŞ-ın könüllü şiə briqadalarının ər-Rəmadi əməliyyatlarına qoşulmağına razılıq vermək məcburiyyətində qaldıqlarını bildiriblər.