
Son günlər ərzində İŞİD silahlıları Suriyanın Palmira şəhərində və onun ətrafında 400 nəfərdən çox insanı edam ediblər
Ahlibeyt.az-ın euronews-a istinad'n verdiyi məlumata görə, terrorçular dövlət məmurları,hərbi qulluqçular və onların ailələri də daxil olmaqla 400 dən çox insanı edam ediblər.
Qətlə yetirilənlər arasında çox sayda qadın və uşağın da olduğu bildirilir. Həmçinin Suriya ordusunun 150 əsgəri edam olunub.
Bir nəçə nəfərin başı kəsilib, digərləri isə odlu silahdan, yaxud da bıçaqla xəsarətlər yetirilməklə, qətlə yetirilib.
Suriya dövlət telekanalının məlumatında isə bildirilir ki, Palmira şəhərinin küçələrində yüzlərlə meyit var. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.
Qeyd olunur ki, YUNESKO-nun irsinə daxil edilən antik dövrə aid tarixi abidəərlə zəngin Palmira şəhərini tərk edən ordu birləşmələri bir çox əsərlərin dağıdılması və oğurlanmasının qarşısını almaq üçün şəhərdən çıxarmışlar.Bununla belə İŞİD şəhəri dağıntılara məruz qoymağa başlayıb.