
Səudiyyə Ərəbistanı polisi ötən həftənin cümə günü ölkənin Qətif əyalətindəki İmam Əli Məscidində partlayış törədən qrup üzvlərini tutub.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un Al Arabia-ya istinadla verdiyi xəbərdə bildirilir ki, "İslam Dövləti" (İŞİD) terror təşkilatına tabe olan bu qrup 21 təkfirçidən ibarət olub.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi sözügedən qrupun ölkə əyalətlərini şərti şəkildə beş vilayətə bölərək, onların hər birində terror aktları, partlayışlar törətmək, təfriqə salmaq və sair fəaliyyətlər həyata keçirmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, cümə günü Səudiyyə Ərəbistanının Qətif rayonunda İmam Əli Məscidində bir kamikadze özünü partladaraq, 21 nəfərin həyatına son qoyub.