22 May, 2015
Qəbristanlıqlarda meyvə ağacları əkmək və su quyularının qazılması qadağan edilib

Azərbaycandakı qəbristanlıqlarda meyvə ağacları əkmək və su quyularının qazılması qadağan edilib.

Ahlibeyt.az-ın Ans-ə istinadən verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran bildirib. Onun sözlərinə görə, qəbirstanlıqda ölülərin çürüntüsü quyu sularına qarışa bilər. Bu isə içməli su və meyvələrdən istifadə edən sakinlər üçün problem yarada bilər.

"Qəbristanlıqlarda yalnız dekarativ bitkilər və yaşıllıq üçün ağaclar əkilə bilər. Bundan başqa yaxşı olardı ki, qəbristanlıqlar yaşayış məntəqələrindən kənarda olsun. Bu cür yerlər konkret olaraq müəyyənləşdiriləcək", - deyə Səyyad Aran bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3135.html