21 May, 2015
İŞİD Suriyanın tarixi Palmira şəhərinə daxil olub

Suriyanın qədim Palmira şəhəri İŞİD terror qruplaşmasının tam nəzarəti altına keçib.

Ahlibet.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Suriya ordusu mayın 20-də şəhəri tərk etmək məcburiyyətində qalıb.

Suriya ordusu şəhərətrafı müdafiə mövqelərinə çəkilərək, Homs və paytaxt Dəməşq istiqamətindəki yolları nəzarətdə saxlayır. Ölkənin Hərbi-Hava Qüvvələri terrorçuların mövqelərinə hava zərbəsi endirir.

Bundan əvvəl, Palmiradan dinc sakinlər təxliyyə edilib, ən qiymətli heykəl və barelyeflər şəhərdən çıxarılıb.

Qeyd edək ki,antik dövrə aid müsilsiz tarixi abidələrə məxsus Palmira UNESCO-nun Dünya İrsi siyahısına da və daxildir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3124.html