
Bu gün Nərimanov Rayon Məhkəməsində may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak edən və həbs edilən Şirxan Orucov, Tərlan İsmayılov, Rəşid Vəliquliyev, Mais Abdullayevin məhkəməsi keçirilib.
Vəkil Dilqəm Ağayev FaktXeber.com-a açıqlamasında bildirdi ki, "hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Nəriman Babayev, Tərlan İsmayılov, Rəşid Vəliquliyev, Mais Abdullayevin 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını istəyib. Şirxan Orucov üçün isə dövlət ittihamçısı üç il yarım şərti cəza tələb edib.
Növbəti məhkəmə oktyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, nöbəti məhkəmə prosesində vəkillər çıxış edəcək.
islam-azeri.az