
Azərbaycanın tanınmış ilahiyyatçı alimi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Bakıda baş vermiş faciəvi yanğınla bağlı həlak olan insanların ailələrinə, yaxınlarına, o cümlədən Azərbaycan xalqına başsağlığı verib.
Ahlibeyt.az-ın məlumatına görə, ilahiyyaçı bildirib ki, baş verən yanğın hadisəsi hamımızı sarsıdıb. "Allahdan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara şəfa, onların yaxınlarına səbr diləyirik."
Qeyd edək ki,may ayının 19-da Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olmuş,56 nəfərə qədər müxtəlif dərəcəli xəsarət almışdır.