19 May, 2015
Mədinədə Həzrəti Məhəmmədin(s) dəfn olunduğu “Məscidi Nəbəvi”imamına hücum olunub-video

Səudiyyə Ərəbistanının Mədinə şəhərində həzrəti Məhammədin (s) dəfn olunduğu “Məscidi Nəbəvi”nin imamına namaz vaxtı hücum olunub.

Ahlibeyt.az-ın İslam.az-a istinadla verdiyi xəbərə görə, hadisə mayın 17-də sübh namazı vaxtında namaz qılınarkən baş verib.

Bildirilir ki, məscidə girən şəxs qışqıraraq cərgələrin arasında zorla keçərək məscidin imamı Hüzeyfiyə yaxınlaşır. Hücum edən şəxs imama çatmadan məscidin təhlükəsizlik qüvvələri onu yaxalamağa müvəffəq olublar. Saxlanılan şəxs Mədinə polis idarəsinə aparılıb.

Faktla bağlı açıqlama verən Mədinə polis idarəsinin mətbuat sözçüsü Fəhd bin Amr əl Qanim 40 yaşlı şəxsin psixoloji problemləri olduğunu bildirilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3111.html