
İraqın müdafiə və daxili işlər nazirləri yeddinci imam Musa Kazimin (ə) şəhidət günü ilə bağlı onun məqbərəsini ziyarət etmək istəyənlərin təhlükəsizliyini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri görməyə başlayıblar.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews-un "Sumaria" agentliyinə istinadla verdiyi xəbərdə bildirilir ki, ölkə təhlükəsizlik qüvvələri havadan müşahidə və nəzarəti artırıb.
Ötən gün Bağdadda zəvvarlara qarşı iki terror aktının törədilməyinə baxmayaraq, zəvvarların axını getdikcə çoxalır.
İraq Hərbi-Hava Qüvvələrinin helikopterləri yeddinci imamın məqbərəsinin ziyarətinə gedən axının havadan çəkilmiş görüntülərini yayıb.
Ötən gün Bağdadda zəvvarlara qarşı iki terror aktının törədilməyinə baxmayaraq, zəvvarların axını getdikcə çoxalır.
Qeyd edk ki, Bağdadda İmam Musa Kazımın (ə) ziyarətgahına doğru hərəkət edən zəvvarların yolunda terror aktı nəticəsində ən azı 22 nəfər şəhid olub və yaralanıb.