
Bəhreynin "əl-Vəsət" qəzeti yazır ki, İsa və Kurbabad şəhərlərində yerləşən məscidlərə naməlum şəxslər tərəfindən hücumlar edilib.
Gözyaşardıcı qazlarla və odlu silahlarla məscidə hücum edənlər məscidin qapı və pəncərələrini sındıraraq məscidin mülkiyyətinə xeyli ziyan vurublar.
Hər iki məscidin məsul işçiləri bildiriblər ki, keçən həftələrdə də qeyd olunan məscidlərə hücumlar edilmiş və mülkiyyətinə ziyan vurulmuşdu.