
Yəmən mənbələri Husilərə bağlı "Ənsarullah" hərbi birləşmələrinin Ədənin qəlbi hesab olunan Krater bölgəsinin nəzarətini ələ keçirməsi barədə məlumat yayıb.
Ahlibeyt.az-ın Shafaqna-ya istinadən verdiyi məlumata görə,ölkəni tərk etmiş Hadi Mənsura bağlı silahlılarla Ənsarullah hərəkatı arasında gedən 40 günlük şiddətli döyüşlərdən sonra Ədənin mərkəzi olan və prezident sarayının da yerləşdiyi Krater(Sayra) məntəqəsini Husilərin nəzarəti altına keçmişdir.
Məlumatlarda Ədənin Hur Məskər və Dar Said məntəqələrində şiddətli döyüşlərin getdiyi və 100 mindən artıq din sakinin bölgəni tərk etdiyi bildirilir.