
Bu, 1945-ci ilin iyununda müttəfiqlərin bombardmanı nəticəsində dağılan Yaponiyanın Kobe şəhərində yerləşən məscidin fotosudur.
Onun tikintisi 1928-1935-ci illərdə Kobe İslam Komitəsi tərəfindən toplanan ianələr hesabına maliyyələşdirilib.
Məscid 1943-cü ildə Yaponiya imperiya donanması tərəfindən müsadirə edilib. Lakin bu, onun bu gün məscid kimi fəaliyyət göstərməyinə mane olmur.
Maraqlıdır ki, Kobedəki bu məscidə İkinci dünya müharibəsi illərində ətrafındakı, demək olar, bütün binaların yanmağına baxmayaraq, heç bir ziyan dəyməyib.
Məscid binasının özülü və strukturu elə qurulub ki, o, 1995-ci il zəlzələsinə də tab gətirə bilib.
Zəlzələ 1995-ci il yanvarın 17-də yerli vaxtla saat 05:46-da baş verib.
Təkanların gücü Rixter cədvəli üzrə 7.3 bal təşkil edib.
Hesablamalara əsasən, həmin yeraltı təkanlar zamanı 6434 nəfər ölüb, 200 min ev dağılıb, şəhərin elektrik təchizatı pozulub. Ümumilikdə, dəymiş zərər təxminən 102.5 milyard ABŞ dolları dəyərində təşkil edib.
Məscid ənənəvi türk stilində çexiyalı memar Yan Yozef Svarq tərəfindən tikilib.
Mənbə:Salamnews.org