
Tunis müftisi terrorçu qruplar və təkfirçi cərəyanların islam dini ilə istənilən əlaqəsinin olmasını rədd edib.
Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə, Misirin əl-Şərq əl-Oustə xəbər agentliyinin məlumatında bildirilir ki,şeyx Hamda Səid Tunis paytaxtında etdiyi çıxışında deyib - "Terror başçıları və təkfirçi cərəyanlar xəbis və alçaq hərəkətlərini islamla əlaqələndirməklə insanlar, xüsusilə də gənclər arasında özlərinə yer tapmağa çalışırlar.
Tunis müftisi əlavə edib: Terrorçu başçılar yalan, yayınma və ehtirasa əsasən aktlar törədir və islam dininə etiqadlı olduqlarını iddia edirlər. Halbuki onların ifratçı düşüncəsi və məqsədlərinin islam dini ilə heç bir əlaqəsi yoxdur.