
İraqın "Sədr" hərəkatının lideri Müqtəda Sədr tərəfdarlarından biri ona yazılı surətdə sual ünvanlayaraq onun ABŞ hərbi kontingentinin İraqı tərk etdikdən sonra instruktorlarının İraqda qalıb hərbçilərə təlim keçməsi barədə fikrini öyrənib. İraq mətbuatında nəşr olunmuş cavabda Müqtəda Sədr bildirib ki, İraqda Amerikaya aid hər bir şeyin, o cümlədən, səfirliyin, şirkətlərin, amerikalı instruktorların, hərbçilərin və hətta adi vətəndaşların olmasına qarşıyam. Müqtəda Sədr deyib ki, hər bir şeydən ki, Amerikanın iyi gəlir ona müxalifəm. Hətta barmağım belə amerikalı olsa, kəsib onu tullayaram.