
Hz. Əlinin (ə) mövlud günü Xaçmaz rayonu Hacılar kəndində “İmam Əli (ə)” məscidinin aşılışı olub. Eyni zamanda məsciddə mövlud münasibəti ilə tədbir keçirilib.
Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,ilk olaraq Qurani-Kərimin tilavəti ilə başlayan məclisdə Xaçmaz şəhər məscidinin axundu Yaşar Rzayev, məscidin imam xətibləri Hacı Zaur Məmmədov, Qədir Məmmədov, Quba rayonu Hacı Cəfər məscidinin axundu Hacı MirƏliəsğər ağa, Cəlilabad rayonundan Hacı Təyyar, ilahiyyatçı Bəhruz Camal çıxış edərək bu xeyirxah işdə əməyi olan insanlara təşəkkürlərini bildiriblər.
Sonra bayram tədbiri ehsan süfrəsi ilə davam edib.
Qeyd edək ki, məscidin memarı Hacı Cəmil Cabbarovdur. Kompleks xüsusi memarlıq üslubunda tikilib.