
Hərbi-Hava Qüvvələrinə məxsus helikopterlər ölkənin əl-Ənbar əyalətində "İslam Dövləti" (İŞİD) terror təşkilatının xeyli sayda canlı qüvvəsini məhv edib.
Ahlibeiyt.az-ın məlumatına görə,Salamnews agentliyi İraq mətbuatına istinadla verdiyi xəbərdə bildirilir ki, əyalətin Kərməl Fəllucə bölgəsinə endirilən hava zərbələrində İŞİD-in onlarla üzvü ölüb və yaralanıb.
"Sumaria" agentliyinin məlumatına əsasən, İraq ordusu Kərməl Fəllucənin böyük qismini terrorçulardan geri alıb.
İŞİD-ə endirilən bəzi zərbələrin videogörüntüsü yayılıb.
Əl-Ənbar əyalətinin inzibati mərkəzi olan ər-Rəmadidə hazırda nisbi sakitliyin hökm sürdüyü bildirilir.
İraq Daxili İşlər Nazirliyi ölkə təhlükəsizlik qüvvələrinin ər-Rəmadinin şimalında irəlilədiyini bildirib.
Bildirək ki, hazırda İraqda İŞİD-ə qarşı əməliyyatlar əsasən əl-Ənbar əyaləti ərazisində aparılır.
Qeyd edək ki, terror təşkilatı Səlahəddin əyalətindəki "Beyci" neft emalı zavodunun ətrafında da fəal olaraq qalmaqdadır.