30 Aprel, 2015
İŞİD terror qruplaşması Avropanın bir neçə şəhərini təhdid etdi

İŞİD döyüşçüləri sosial şəbəkələrdə İtaliyanın iri şəhərlərində terror hədəsi ilə bağlı foto şəkillər yerləşdirməyə başlayıblar.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, şəkillərdə aşağıdakı sözlər yazılıb: "Biz sizin küçələrinizdəyik. İks saatını gözləyin".

Qruplaşma üzvləri Romanın mərkəzində - Kolizeyin və tezliklə dünya sərgisi açılacaq sərgi mərkəzinin fonunda şəkillər çəkdiriblər.

İtaliya xüsusi xidmətləri hazırda yüksək hazırlıq rejiminə keçiriliblər. Mütəxəssislər fotoların hansı qurğu vasitəsi ilə çəkildiyini müəyyən etməyə çalışırlar.

İtaliya kəşfiyyatı düşünür ki, bu, real terror təhlükəsi deyil, sadəcə İŞİD silahlıları bununla iri tədbir gerçəkləşdirməyə hazırlaşan İtaliyanın sayıqlıq səviyyəsini yoxlayırlar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3052.html